Tramp danışdı: "Ukraynaya dəstək olunmalıdır, İranla müharibə isə..."
13 Dekabr 2024
ABŞ Ukraynanı dəstəksiz qoymayacaq, bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir.
Bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bəyan edib.
"Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir", - o bildirib.
Tramp əlavə edib ki, baş verənlərlə razı deyil.
"Bu hal (Ukraynadakı müharibə-red.) ümumiyyətlə baş verməməli idi", - o deyib.
Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib. Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib: "Hər şey mümkündür".
Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.