Tramp Çinə gedəcək
13 Fevral 2026
ABŞ Prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinlə görüşmək üçün Pekinə səfər edəcək.
ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.
Məlumata görə, görüşün aprelin əvvəlində baş tutacağı gözlənilir. Səfər zamanı Cənubi Koreyada bağlanmış ticarət razılaşmasının müddətinin daha bir il uzadılmasının müzakirə edilməsi planlaşdırılır.