Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp bu il Rusiyaya səfər edə bilər

ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə bilər.

TASS xəbər verir ki, Tramp bunu Çinə uçuşdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbət zamanı bəyan edib.

"Mən lazım olan hər şeyi edəcəyəm", - Amerika lideri cari ilin sonunadək Rusiyaya səfər imkanı barədə suala cavab olaraq bildirib.

"Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq", - o deyib və artıq səkkiz münaqişəni nizamladığını xatırladıb.