Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Baydenlə Putinin danışıqlarından məyusdur

ABŞ-ın keçmiş prezidenti Respublikaçı Donald Tramp Ağ Evin hazırkı rəhbəri demokrat Co Baydeni Rusiya Prezidenti Vladimir Putinlə videokonfrans danışıqlarından sonra tənqid edib.

TASS agentliyinin məlumatına görə, bu barədə Tramp jurnalist Bill Ralliyə danışarkən qeyd edib.

Tramp qeyd edib ki, Baydeni Putinlə gördükdən sonra çox üzülüb. O, Putinin Baydenlə görüşündən danışarkən dəqiq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Bu görüş barədə efirdə yalnız Rusiya və ABŞ prezidentlərinin salamlaşmaqları barədə görüntülər verilib.

Qeyd edək ki, Vladimir Putin və Co Bayden dekabrın 7-də videobağlantı vasitəsilə danışıqlar aparıb, söhbət iki saat davam edib.

Əsas mövzu Ukrayna ətrafındakı vəziyyət olub və liderlər həmçinin ikitərəfli əlaqələr, kibertəhlükəsizlik və İranın nüvə sazişini müzakirə ediblər.(APA)