Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da lotereyada 1 milyon dollar qazanan qanunsuz miqrant saxlanılıb

ABŞ-da lotereyada 1 milyon dollar qazanan qanunsuz miqrant həbs edilib.

Bu barədə “Fox News” məlumat yayıb.

Salvadorlu miqrant ilk dəfə 2013-cü ildə ABŞ sərhədini qanunsuz keçib, 2014-cü ildən isə axtarışda olub.

Lotereya rəhbərliyi qalibin fotosunu sosial şəbəkələrdə paylaşıb. Bu görüntü sayəsində ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları onun kimliyini müəyyənləşdirərək saxlayıblar.+

Məlumata görə, Velaskes-Morales noyabrın 18-də Massaçusets ştatının lotereyasında 1 milyon dollar qazanıb. O, 10 dollarlıq “2 000 000 50X Cashword” adlı ani lotereya biletini Bostonun Şərqi Boston (East Boston) məhəlləsindəki mağazalardan birindən alıb. Lotereya rəhbərliyi noyabrın 21-də onun uduş çekini əlində tutduğu fotosunu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Massaçusets ştatının qanunlarına əsasən, lotereyada iştirak etmək üçün ABŞ vətəndaşı olmaq və ya qanuni miqrasiya statusuna malik olmaq tələb edilmir. Bilet almaq üçün 18 yaşına çatmaq kifayətdir. Onun qazandığı pulun taleyinin necə olacağı hələlik məlum deyil.