Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
09 Avqust 2025
Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm.
Bunu ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib.
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək", - Tramp bildirib.
O, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əmin olduğunu da qeyd edib.