Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Avropadan Rusiya nefti almamağı tələb edir

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışıqları zamanı bəyan edib ki, Avropa Rusiya neftinin alışını dayandırmalıdır.

Bu barədə "Kommersant" məlumat yayıb.

Məlumata görə, Tramp söhbət zamanı vurğulayıb ki, Avropa İttifaqının Rusiya neftini alması bu ölkəyə ildə 1,1 milyard avro qazandırıb.

Fransa Prezidenti Emmanuel Makron Trampln həqiqətən də Avropa ölkələrini Rusiya neftini almağı dayandırmağa çağırdığını təsdiq edib.

Trampın Aİ ölkələrini Rusiyadan neft idxalını dayandırmağa çağırması ilə bağlı daha əvvəl mətbuatda yayılan xəbərləri şərh edən Makron ABŞ-nin iki Avropa İttifaqı üzvü dövlətin Rusiya neftini almağa davam etmək qərarını tənqid etdiyini də vurğulayıb.

"Məncə, bu, çox yaxşıdır", - Vaşinqtonun mövqeyindən danışan Makron söyləyib.

Qeyd edək ki, Rusiyadan nefti "Drujba" kəməri ilə Slovakiya və Macarıstan alır.