Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək
03 İyun 2026
ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitində iştirak etmək niyyətindədir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı sammitdə iştirak etməyi planlaşdırdığını bildirib.
"Prezident Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefonla danışıb və hər söhbət zamanı ABŞ lideri sammitə gəlmək niyyətini təsdiqləyib", - Fidan bildirib.
ABŞ-nin NATO-dan çıxma ehtimalına dair bəyanatlarla bağlı Fidan bildirib ki, siyasi ritorikaya baxmayaraq, ABŞ Şimali Atlantika Alyansına sadiqliyini qoruyub saxlayır.
Xatırladaq ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.