Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp 2028-ci ildə ABŞ vitse-prezidenti olmaq niyyətində deyil

ABŞ Prezidenti Donald Tramp ölkədə 2028-ci ildə keçiriləcək seçkilərdə vitse-prezident vəzifəsinə namizədliyini irəli sürmək imkanını istisna edib.

O, bu barədə prezident təyyarəsində bildirib.

"Mən belə bir imkanı istisna edərdim. Məncə, insanlar bunu sevməzdilər. Bu bir növ yanlış olardı, elə deyilmi?" - o, jurnalistlərə deyib.

Daha əvvəl Trampın bəzi tərəfdarları təklif edirdilər ki, 2028-ci il seçkilərində o, vitse-prezident kimi namizədliyini irəli sürsün.