Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Traktor" klubundan Azərbaycanla bağlı Türkiyəyə sərt etiraz
"Müsəlman ölkəsində başörtüsü yasağı ola bilməz, ancaq türk düşmənliyi ola bilər!"

Güney Azərbaycanın məşhur "Traktor" futbol klubunun rəsmi sosial media hesablarında İran rejiminin türklərə qarşı apardığı ayrı-seçkilik siyasətini və Türkiyədəki bəzi dairələrin Azərbaycana qarşı ikili standartlarını hədəf alan sərt bəyanat yayımlanıb.

Bəyanatda İrandakı soydaşlarımıza qarşı illərdir davam edən assimilyasiya siyasəti qətiyyətlə pislənilib. Həmçinin İran daxilində milyonlarla soydaşımızın əsas hüquqlarından məhrum edildiyi diqqətə çatdırılır:

"Müsəlman ölkəsində başörtüsü yasağı ola bilməz, ancaq türk düşmənliyi ola bilər! İran daxilində 40 milyona yaxın türk yaşayır, lakin öz dədə-baba torpaqlarında 100 ildən çoxdur ki, məktəblərdə türk dilində təhsil almaq qadağandır, heç kəs öz ana dilində danışa bilməz".

"Traktor" klubunun bəyanatında İrandakı rejimin türklərə qarşı tətbiq etdiyi absurd qadağalar bir-bir sadalanır:

Heç kimin öz uşağına türk adını qoymağa icazə verilmir;

Şirkətlərə, mağazalara və digər iş yerlərinə türkcə adların verilməsinin qadağan olduğu, yalnız fars və ərəb dillərininə üstünlük verilir;

Hətta ölkə prezidentinin belə öz ana dilində danışmasına çətinliklə icazə verilir.

Bəyanatda Türkiyədə və digər yerlərdə Azərbaycandakı daxili qərarları (başörtüsü müzakirələrini) bəhanə edərək qardaş xalqa qarşı sərt mövqe sərgiləyənlərə haqlı irad tutulub:

"Amma Azərbaycanda bir həftədir başörtüsü qadağası var deyə hamınız öz qardaşlarınıza qarşı düşmən kəsildiniz! Amma 100 ildir İranda müsəlman türklərə qarşı aparılan assimilyasiyaya səsiniz də çıxmır! Məgər müsəlman insanların hüququ sizin üçün çox önəmlidirsə, bu qədər insanlıqdan dəm vurursunuzsa, buradakı insanlar müsəlman deyilmi? Niyə mövzu İran olanda susursunuz?!"