Pezeşkian sabah Ermənistana səfər edəcək
15 Oktyabr 2026
İran Prezidenti Məsud Pezeşkian sabah Ermənistana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
XİN sözçüsü qeyd edib ki, İran Prezidenti İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflərin Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək.
Məsud Pezeşkian səfər çərçivəsində sammitdə iştirak edən bəzi ölkələrin liderləri ilə də görüşlər keçirəcək.