Logo
news content
User
Kateqoriyalar

Xəbər

Toyuq əti bahalaşacaq: Azərbaycanda quş yeminin qiyməti 3 dəfə qalxıb

Quş və yumurta istehsalçıları Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklərlə rastlaşıb.

Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Assosiasiya üzvləri ilə keçirilən görüşdə deyib.

Assosiasiya rəhbərinin sözlərinə görə, məhz bu səbəbdən, qiymətlər bir həftə ərzində 3 dəfə artıb.

“Biz (pərakəndə ticarət – red.) şəbəkələrdən pulu vaxtında ala bilmirik deyə lazımi qədər yemi də tədarük edə bilmirik. Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12%-ə çatır. Halbuki, dünyada bu 2%-dən yuxarı olmur”, - deyə Mürvət Həsənli əlavə edib. (APA)