Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tovuzda zəlzələ olub

Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda qeydə alınıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 08.31-də qeydə alınıb, episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.

Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.

Zəlzələ hiss olunub.

Tovuzda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub. 

Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb ki, yeraltı təkanlar Tavuş vilayətinin Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə hiss olunub.