Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tovuzda məktəbdə tüstülənmə səbəbindən 55 nəfər xəstəxanaya çatdırılıb

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən tüstülənmə olub. 

TƏBİB-dən verilən məlumata görə, dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb.

İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə vurğulanıb.