Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tovuzda kütləvi davada bir neçə nəfər bıçaqlanıb, ölən var

Tovuz rayonunda kütləvi dava qanla bitib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb. (Report)