Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tokayevə qarşı sui-qəsdə cəhd: Xarici kəşfiyyat agenti saxlanılıb - VİDEO




Nur-Sultanda Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əks-kəşfiyyatı prezident Qasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agenti, Qazaxıstan Respublikasının vətəndaşı “A”nı saxlayıb.

Saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

Qazaxıstan DTK-nin mətbuat xidmətinin məlumatına görə, sui-qəsdçi, eyni zamanda xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları törətməyi planlaşdırıb.







“Axtarış nəticəsində 1 ədəd səsboğucu ilə birlikdə xaricdə istehsal olunan snayper tüfəngi, narkotik vasitə və külli miqdarda pul götürülüb. Silahlar peşəkar maskalanmış, komflya olunmuş formada hissə-hissə Qazaxıstana gətirilib”, - məlumatda deyilir.

“A” agenti sosial şəbəkələrdə müvafiq materialları dərc etməklə Qazaxıstan Respublikasında anti-Rusiya təbliğatını təşviq etmək və cəmiyyətdə rusofobik baxışlar yaratmaq üçün tapşırıqlar hazırlayıb.





İlkin araşdırma zamanı Qazaxıstan Respublikasının vətəndaşı yuxarıda göstərilən əməlləri xarici dövlətin göstərişi və maraqları naminə törətdiyini etiraf edib.

“Hazırda DTK Cinayət Məcəlləsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə dair faktları araşdırır.