Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tokayev “Nur Otan” partiyasında da Nazarbayevi əvəz etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib.

TASS xəbər verir ki, bu barədə bu gün Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Növbədənkənar qurultayda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib.

Tokayevin bu posta namizədliyini Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev təklif edib. Tokayevdən əvvəl partiyanın sədri vəzifəsində Nazarbayev çalışıb.