Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tokayev növbəti müddətə Qazaxıstan prezidenti seçilib

Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev qalib gəlib. İlkin məlumata görə, o, səslərin 83 faizini toplayıb.

Bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun ekzitpol nəticələrindən məlum olub.

Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər - Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.

5,2 faiz seçici isə hamıya qarşı olub.

Artıq ölkənin keçmiş prezidenti Nursultan Nazarbayev hazırkı Prezident Kasım-Jomart Tokayevi prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edən olub.

“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram”, - N.Nazarbayev bildirib.

O, noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə Tokayevi qələbəsi münasibətilə açıq şəkildə təbrik edən ilk şəxs olub.

Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq.

Bu barədə Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib.

“Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”, - Prezident bildirib.

Kasım-Jomart Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını açıqlayıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.

Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır: “Ona görə də hamınızı birliyə səsləyirəm”.