Tokayev: "Məscidlərin yerinə kitabxana tikmək lazımdır"
28 Noyabr 2026
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə ərazisində kitabxanaların inşasını böyük əhəmiyyət daşıyan məsələ hesab edir.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Moskvada təşkil olunmuş "Süni intellekt dünyasına səyahət" adlı konfrans çərçivəsində şagird və tələbələrlə görüşən prezident "Bir zamanlar bizdə məscid inşa etmək dəb halını almışdı, lakin mən düşünürəm ki, kitabxanalar tikmək lazımdır",- deyə vurğulayıb.
Tokayevin sözlərinə görə, yaxın gələcəkdə Astana və Almatı şəhərlərində vətəndaşların istifadəsinə veriləcək, günün 24 saatı fəaliyyət göstərəcək prezident kitabxanaları açılacaq: "Mən gənclərimizdə kitab oxumaq vərdişini formalaşdırmaq istəyirəm".