Logo
news content
User
Kateqoriyalar

Xəbər

Toivo Klaarı Maqdalena Qrono əvəz etdi

Aİ prezidenti Şarl Mişelin keçmiş diplomatik müşaviri Maqdalena Qrono Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.

Aİ-nin press-relizində deyilir ki, o, bu vəzifədə Aİ-nin Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarı əvəz edəcək.

Çex Maqdalena Friçova Qrono uzun illər Beynəlxalq Böhran Qrupunda layihə direktoru vəzifəsində çalışıb.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu vəzifədə onun davamçısı olan Maqdalena Qrononu təbrik edib.

Bu barədə avropalı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Təbriklər Magdalena. O bu vəzifə üçün zəngin təcrübəyə malikdir", - T.Klaar vurğulayıb.