Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tofiq Yaqublu və AXCP fəalları saxlanılıb

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu cümə günü səhər saatlarında saxlanılıb, bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Onun sözlərinə görə, Yaqublu evdən çıxdıqdan dərhal sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

"Evimizin ətrafında polis postları qurulub. Atam evdən çıxan kimi onu saxladılar və naməlum istiqamətdə apardılar", deyə qızı bildirib.

O, fəalın saxlanılmasını Xalq Cəbhəsi Partiyasının bu gün Milli Məclisin binası qarşısında keçirəcəyi etiraz aksiyası ilə əlaqələndirib.

Mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır.

akı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməyib, DİN isə polis tərəfindən nümayişin qarşısının alınacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, iştirakçılar siyasi partiyalar haqqında mürtəce qanuna etiraz etmək niyyətindədirlər.

Xalq Cəbhəsi Partiyasının (AXCP) bugünki etiraz aksiyası ərəfəsində polis səhər saatlarından etibarən fəalları saxlamağa başlayıb.

Xüsusən, AXCP-nin sədr müavini Seymur Həzi, Partiyanın Rəyasət Heyətinin və digər rəhbər orqanlarının üzvləri Rövlən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev saxlanılıblar.

DİN-dən şərh verməkdən yayınıblar, sonra məlumat veriləcəyini qeyd ediblər.

Xatırladaq ki, aksiya siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq Parlamentin binası qarşısında saat 16:00-a təyin edilib.