Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
22 İyul 2026
Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, həmin qəbiristanlıqda onun anası Bela Moiseyeva, qardaşı Teymur və bacısı Leyla Mirzəyevalar da dəfn ediliblər.
“Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib. Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır”, - Y.Salman qeyd edib.
O bildirib ki, Tofiq Mirzəyev aktiv həyat tərzi sürürmüş: "Onun həyata keçirməyi arzuladığı, lakin hələ tamamlamadığı planları var idi. Ancaq tale başqa cür hökm verdi. İki ay əvvəl Tofiq Mirzəyev insult keçirmişdi. O, həmin vaxtdan sonra tam sağala bilməmişdi. İndi ondan yadigar oğlu Teymur qaldı"