Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ticarət gəmilərinə dəyən zərər dondurulmuş İran aktivləri hesabına ödəniləcək - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ticarət gəmilərinə, yüklərə və ya onlarla əlaqəli əmlaka dəyən hər hansı zərər, dondurulmuş və Birləşmiş Ştatların nəzarəti altında olan İran aktivləri hesabına ödəniləcək.

Müvafiq bəyanatı Amerika lideri "Truth Social" sosial şəbəkəsində dərc edib.

"Bəyanat bir bildiriş xarakteri daşıyır ki, bu andan etibarən və yeni göstərişlər verilənə qədər gəmilərə, yüklərə və ya onlara aid olan hər hansı bir şeyə dəyən bütün və istənilən zərər ABŞ-nin nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcək", - o vurğulayıb.

Bununla yanaşı, Tramp belə bir zərərin "çox əhəmiyyətli" ola biləcəyini ehtimal edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.