Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təxminən 100 təyyarə və 14 min əsgər - "Z" ordusunun itkiləri

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 min 400 hərbçi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 466 ədəd tankı, 1 470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib.