Logo
news content
User
Kateqoriyalar

Xəbər

Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) prezident seçkiləri keçirilib.

Bu postu yenidən yunanıstanlı parlamentari Teodoros Rosopulos (Theodoros Rousopoulos) tutub.

O, 2025-ci il üçün bir il müddətinə qurumun prezidenti vəzifəsini icra edəcək.

Xatırladaq ki, Teodoros Rosopulos ilk dəfə 2024-cü ilin yanvarında AŞPA-nın prezidenti seçilib.