“Telegram”ın yardıcısı 12 cinayətdə ittiham edilir
27 Avqust 2024
“Telegram”ın yardıcısı Pavel Durov 12 cinayət törətməkdə ittiham olunur.
Bu haqda Paris prokurorluğundan bildirilib.
Məlumatda həmçinin ona qarşı cinayət işinin iyulun 8-də açıldığı açıqlanıb.
Qeyd edək ki, Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.
“Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”, - deyə Paris prokurorluğunun məlumatında qeyd olunub.