Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Telegram” Durovun həbsinə münasibət bildirib

“Telegram”ın və ya onun sahibinin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığına dair iddialar absurddur.

Bu barədə “Telegram News” kanalının məlumatında ​deyilir.

Qeyd olunub ki, “Telegram” Avropa Birliyinin, o cümlədən Rəqəmsal Xidmətlər Aktının qanunlarına əməl edir:

“Onun moderasiyası sənaye standartlarına cavab verir və daim təkmilləşdirilir. “Telegram”ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir. “Telegram”ın və ya onun sahibinin həmin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”.