Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təhsil işçiləri və tələbələrə vaksinasiya ilə bağlı güzəşt edilə bilər

"Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib".

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müzakirələr davam edir: "Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək. Nəticədə onlar ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.