Tehranda 7,2 bal gücündə zəlzələ mümkündür
24 Avqust 2025
İranın paytaxtı Tehranın şimalındakı fay xətti Rixter cədvəli üzrə 7,2 bal gücündə zəlzələyə səbəb ola bilər.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə ölkənin Böhranın Qarşısının Alınması və İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri bildirib.
İran rəsmisi həmçinin qeyd edib ki, Rey şəhərindəki fay xətti Tehranda Rixter cədvəli üzrə 6,7 bal gücündə zəlzələyə səbəb ola biləcək ikinci ən böyük tektonik piltənin qırılma nöqtəsidir.