Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tbilisi-Bakı reysində gecikmə - Sərnişinlər Bakıya axşam yola salınacaqlar

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - “Buta Airways” şirkətinin Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir.

Bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, sərnişinlər Bakıya digər təyyarə ilə axşam yola düşəcək. Onlar qaydalara uyğun içki və qida daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.