Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tarixdə qeydə alınan ən isti yay - Hesabat

Ümumdünya Meteorologiya Təşkilatı son səkkiz ili meteoroloji müşahidələrin başlanmasından bəri ən isti il ​​kimi qeyd edib.

Bu barədə qurumun hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, 2022-ci ildə qlobal orta temperatur sənayeləşmədən əvvəlki dövrlə (1850-1900) müqayisədə təxminən 1,15 dərəcə yüksək olub:

“Bu o deməkdir ki, 2016-cı ildən bəri hər il rekord dərəcədə isti olub”.

Təşkilatının ekspertləri bildirirlər ki, atmosferə istixana qazları tullantıları dünya okeanının səviyyəsinin artmasına və buzların əriməsinə səbəb olub, nəticədə dünyanın müxtəlif yerlərində - Pakistandan Puerto Rikoya qədər ekstremal hava şəraiti qeydə alınıb. Hətta dəniz səviyyəsindən 3,2 min metr yüksəklikdə olan Qrenlandiyada ilk dəfə yağış yağıb.