Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tarixdə ilk dəfə: Fransa, Türkiyə və Yunanıstan birgə əməliyyata hazırlaşır

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Türkiyə və Yunanıstanla birlikdə Ukraynada “əlahiddə humanitar əməliyyat” keçirməyə hazırlaşır. Bu barədə Le Figaro xəbər verir.

“Biz Yunanıstan və Türkiyə ilə yanaşı, Mariupolu tərk etmək istəyənlərin evakuasiyası məqsədi ilə humanitar əməliyyata başlamağa hazırlaşırıq. Biz hər şeyi mümkün qədər əlverişli şəraitdə həyata keçirəcəyik. 400 mindən artıq əhalisi olan bu şəhərdə 150 min adam hələ də faciə içərisində yaşayır”, - Makron deyib.

“Mariupolun meri ilə konkret müzakirələrimiz olub. Biz bunu prezident Zelenski və Ukrayna hökuməti ilə şəffaf şəkildə edirik. Sonra Rusiya tərəfi ilə də ən yaxın günlərdə danışıqlar aparacağıq. Mənim Vladimir Putinlə detalları dəqiqləşdirmək üçün 48 saat ərzində yeni söhbətim olacaq”, - deyə Fransa prezidenti əlavə edib.