Logo
news content
User
Kateqoriyalar

Xəbər

TAP kəməri ilə ilk 5 mlrd. kubmetr qaz nəql edilib

Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə ilk 5 mlrd. kubmetr qaz nəql edilib.

Bu barədə TAP Konsorsiumundan xəbər verir.

 

"TAP AG (konsorsiumu – red.) Azərbaycandan ümumilikdə 5 mlrd. kubmetr təbii qazın TAP-ın TANAP-a (Trans-Anadolu qaz boru kəməri – red.) birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi bağlantı məntəqəsi vasitəsilə Avropaya çatdığını təsdiqləyir", - məlumatda bildirilir.

TAP-ın icraçı direktoru Luka Şipatinin (Luca Schieppati) sözlərinə görə, bir çox bazarlarda enerji təhlükəsizliyini və diversifikasiyanı təmin etməklə yanaşı, TAP vasitəsilə çatdırılan qaz həcmləri enerji keçidini dəstəkləyir (xüsusilə də Cənub-Şərqi Avropada – red.).

Bundan əlavə, L. Şipatinin sözlərinə görə, uzunmüddətli perspektivdə TAP, emissiyaların azaldılmasına yönələn Avropa İttifaqının enerji keçidi məqsədlərinə uyğun olaraq, hidrogen kimi, karbon neytral enerji mənbələrini nəql etmək imkanlarını axtarmağa davam edəcək.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanər Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 278,16 min ABŞ dolları dəyərində 3 621 896,03 kubmetr həcmində qaz ixrac edib. Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.