Tanzaniyada sərnişin təyyarəsi Viktoriya gölünə düşüb - VİDEO
06 Noyabr 2022
Tanzaniyada sərnişin təyyarəsi Bukoba hava limanında eniş etmək istəyərkən Viktoriya gölünə düşüb.
Bu barədə "Reuters" məlumat yayıb.
15 nəfərin xilas edildiyi qeyd edilir.
Təyyarənin göyərtəsində neçə sərnişin və ekipaj üzvü olduğu hələlik məlum deyil. Xilasedici qayıqlar hadisə yerindədir.
Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.
https://www.youtube.com/watch?v=gQiuwDLEc1M