Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tanınmış ukraynalı müğənni mikrofonu avtomata dəyişdi - FOTO/VİDEO

Tanınmış ukraynalı müğənni, bəstəkar Maks Barskix Ukrayna Silahlı Qüvvələri sıralarında təlim keçməyə başlayıb.

Bu barədə o, instaqram səhifəsində etdiyi videomüraciətdə bildirib.

“Kim təsəvvür edə bilərdi? Bir ay əvvəl əlimdə olan tək şey mikrofon idi, amma indi zaman dəyişir”, - deyə o qeyd edib.

Barskixin sözlərinə görə, o, ikihəftəlik təlimdən sonra döyüş bölgəsinə yollanacaq.