Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tanınmış aparıcı Putinin mükafatlarını özünə qaytardı: "Siz ölkəni uçuruma aparırsınız" - FOTOLAR

Rusiyanın “Pervıy kanal”ının keçmiş aparıcısı Janna Aqalakova ölkəsinin dövlət mükafatlarından imtina edib və onları Kremlə qaytarmaq qərarına gəlib.

O, bu barədə feysbukda bildirib.

Telejurnalist mükafatlarının, həmçinin üzərində “Vladimir Putinə, Kreml, Moskva” sözləri yazılmış poçt qəbzinin fotosunu paylaşıb.

Bundan başqa, o, bağlamaya əlavə etdiyi məktubda bu sözləri yazıb: “Cənab Prezident, sizin rəhbərliyiniz ölkəni uçuruma aparır. Sizin mükafatları qəbuledilməz hesab edirəm. Janna Aqalakova”.

Qeyd edək ki, Aqalakova “Pervıy kanal”da 20 il çalışıb. Aparıcı bu ilin martında Ukraynadakı müharibəyə etiraz əlaməti olaraq telekanaldan ayrılıb.

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.