Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Taliban” qızların məktəbə getməsinə icazə verəcək

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı qızların məktəbə qayıtmasına icazə verməyə hazır olduğunu nümayiş etdirir.

"The Globe and Mile" nəşri xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun - UNICEF-in rəhbəri Ketrin Rassel deyib.

“Taliban” bizə açıq şəkildə bildirdi ki, onların belə niyyəti var və bunun baş verəcəyinə ümid edirik”, - Rassel bildirib.

Onun sözlərinə görə, əfqan qızlar artıq martın 21-də məktəbə qayıda bilərlər, lakin BMT nümayəndəsi müxtəlif şərait və şərtlərin buna mane ola biləcəyini istisna etməyib.

Əfqanıstanda “Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra yeddinci sinifdən sonra qızların məktəbə getməsi əslində qadağan edilib. Qızların təhsillərinin bərpası beynəlxalq ictimaiyyətin “Taliban” rejimi qarşısında qoyduğu əsas tələblərdən biridir.(Report)