Logo
news content
User
Kateqoriyalar

Xəbər

Taliban Əfqanıstanda bütün növ narkotik vasitələri qadağan etdi - FƏRMAN

“Taliban” hökuməti Əfqanıstanda xaşxaş becərilməsini qadağan edib.

Qanunu pozanlara “şəriət qanunlarına uyğun” tədbirlər görüləcək.

“Əfqanıstan İslam Əmirliyinin Ali Rəhbərinin fərmanı ilə biz bütün əfqanların nəzərinə çatdırırıq ki, bundan sonra bütün ölkə ərazisində xaşxaş əkilməsi qəti şəkildə qadağandır”, - hərəkatın sözçüsü Bilal Kərimi açıqlamasında bildirib.

Qanunu pozanların əkinləri məhv ediləcək və onlar özləri də “şəriət qanunlarına uyğun olaraq” cəzalandırılacaqlar”, - bəyanatda deyilir.

Bundan əlavə, spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır.

“Bu fərmanın icrası məcburidir. Qanunu pozanlar məhkəmə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, - deyə məlumatda bildirilir.