Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tailandda uşaqlara qayğı mərkəzinə hücum: 36 nəfər qətlə yetirilib - FOTO

Tailandda uşaqlara qayğı mərkəzində silahlı insident baş verib.

“Khaosod” qəzeti xəbər verir ki, insidenti keçmiş polis əməkdaşı törədib.

Hadisə nəticəsində əksəriyyəti uşaq olmaqla 36 nəfər həlak olub. Ölənlərdən 24 nəfəri uşaqdır. Məlumata görə, ən azı daha 12 nəfər yaralanıb.

Keçmiş polis əməkdaşının bu yaxınlarda istefaya göndərildiyi bildirilir.

Yerli medianın məlumatına görə, hücum edən şəxs həyat yoldaşı və uşağını güllələyib, daha sonra isə intihar edib.

Cinayətin motivi hələlik məlum deyil.