Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tacikistan-Qırğızıstan sərhədində döyüşlər gedir

Tacikistan-Qırğızıstanın dövlət sərhədində döyüşlər gedir.

Açıqlamanı Tacikistan Milli təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.

Bildirilib ki, Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır.

“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - məlumatda vurğulanıb.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi isə qarşı tərəfi ittiham edərək Tacikistanın əldə edilən razılığa baxmayaraq, Qırğız Respublikası ilə sərhəddəki münaqişə bölgəsinə hərbi döyüş texnikası cəmləşdirdiyini bəyan edib.

Məlumata görə, atəşkəs haqqında əldə edilən razılığa baxmayaraq, rəsmi Düşənbə münaqişə bölgəsinə döyüş texnikası yığır və Qırğız Respublikasının ərazisini malik olduğu bütün texnikadan atəş açır: “Bununla da Tacikistan ərazimizi ələ keçirməyə çalışır”.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan sərhədçiləri arasında Leylek və Batken sərhədyanı rayonlarında atışma olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Xatırladaq ki, Tacikistan və Qırğızıstanın təhlükəsizlik qurumları arasında atəşkəsə dair razılıq əldə edilib.