Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Şuşa qurultayı İrana müharibə elanıdır" - İranlı ekspert sərsəmlədi

“Qarabağda sözdə “Dünya Azəriləri Konqresinin” (onun tarixçəsi bu sahənin mütəxəssislərinə məlumdur) keçirilməsi İrana açıq mesajdır”

Bu sözləri Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini şəxsi Tvitter hesabında yazıb.

Ekspert Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı açıq mesaj olduğunu bildirib.

Daha sonra o, bu qurultayı İran qarşı müharibə elanı və təxribat adlandırıb.

“Bu, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir”,- deyə o sərsəmləyib.