Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sülh müqaviləsinin layihəsində Qarabağ separatçılarının liderlərinin azad edilməsi haqqında bənd yoxdur

Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

"Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakının şərti kimi Ermənistan onların geri qayıtarılması məsələsini qaldıra bilərmi" sualına Simonyan bu cür müzakirələri indidən fikir bildirməyi tez adlandırıb.

Qeyd edək ki, müxtəlif illər ərzində Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 Qarabağ separatçısına - Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyana qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib.

2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra separatçılar saxlanılaraq Bakıya aparılıb və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terror törətmək məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.