Sübhaninin Ermənistandakı diplomatik missiyası başa çatıb
03 Sentyabr 2025
Ermənistan müdafiə naziri Suren Papikyan İranın Ermənistandakı səfiri Mehdi Sübhanini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələr, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələr müzakirə olunub.