Logo
news content
User
Kateqoriyalar

Xəbər

Stoltenberq: “İsveç və Finlandiyanı istədikləri halda NATO-ya qəbul edə bilərik”

“NATO İsveç və Finlandiya istəklərini ifadə edərsə, onları nisbətən tez bir zamanda Şimali Atlantika alyansına qəbul edə bilərik”.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq CNN-ə açıqlamasında deyib.

"Bizim Finlandiyanın siyasi liderləri ilə, eləcə də İsveçlə yaxşı dialoqumuz var. Təbii ki, bu, onların öz ixtiyarındadır. Lakin onlar rəsmi müraciət edərlərsə, 30 NATO müttəfiqi tərəfindən təsdiqlənəcək. Biz onların təşkilata tez bir zamanda qəbulu üçün yollar tapacağıq”, - deyə baş katib vurğulayıb.