Starmer Türkiyəyə səfərə gedir
27 Oktyabr 2025
Böyük Britaniyanın Baş naziri Kir Starmerin sabah Türkiyəyə səfəri başlayır.
Səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur.
Türkiyə Prezident Administrasiyasının sözçüsü Burhanəddin Duran "X"də yazıb ki, britaniyalı nazirlə keçiriləcək görüşlərdə Türkiyə-Böyük Britaniya münasibətləri, onların sıx müttəfiqliyinə əsaslanan, eləcə də mövcud regional və beynəlxalq məsələləri müzakirə olunacaq".