Logo
news content
User
Kateqoriyalar

Xəbər

Stanislav Zas: “Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda hibrid hücumları dəf etməyə hazır deyil”.

Bunu KTMT-nin Baş katibi Stanislav Zas deyib.

“KTMT müxtəlif təsir formalarının olduğu bu cür hücumları, hibrid hücumları dəf etməyə hazırdırmı? Mən deyərdim ki, yox, tam ölçüdə KTMT indi bu cür qarşıdurmaya hazırdır deyil”, - Zas bildirib.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.