Logo
news content
User
Kateqoriyalar

Xəbər

SSRİ-də ilk "Studençeskiy" mağazasını açan azərbaycanlı milyonçu vəfat etdi - FOTO

Yakutiyanın məşhur "Almaz" mağazalar şəbəkəsinin sahibi, biznesmen, əfsanəvi Mətləb İbadov koronavirusdan vəfat edib.

1978-ci ildən Yakutiyada yaşayan M.İbadov orada da çalışıb. O, sovet dövründə ilk dəfə "Studençeskiy" mağazasını açmışdı.

Yakutiyanın ən böyük alkoqol topdan satış şəbəkəsinin və "Alaas" yol tikintisi şirkətinin sahibi idi.

O, heç vaxt mətbuata müsahibə verməmişdi.

Mətləb İbadov Yakutiyanın böyük patriotu hesab edilirdi və əhali üçün böyük işləri ilə tanınırdı.