Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Şoyqu yalan danışır" - Pentaqon Rusiya müdafiə nazirini rəsmi şəkildə təkzib etdi

Vaşinqton Rusiya Müdafiə Nazirliyinin Ukraynada məhv edildiyi iddia edilən “HIMARS MLRS” ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə Reuters məlumat yayıb.

“Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də açıq-aşkar yalandır”, - deyə Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna HIMARS sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada aid 6 "HIMARS" və 33 "M777" haubitsasının məhv edildiyini açıqlayıb.