Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şoyqu: "Səfərbər edilən 87 min nəfər döyüş bölgələrinə göndərilib"

“Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib”.

TASS xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, həqiqi hərbi xidmətini başa vuranlar xüsusi hərbi zonaya göndərilməyəcək və onlar tərxisdən sonra evə qayıdacaqlar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.