Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sorğu: Ukraynalıların yarıdan çoxu Sırskinin işdən çıxarılmasını dəstəkləyir

Ukraynalıların 55 %-i Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefasını dəstəkləyir.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bunu "Reytinq" sosioloji qrupunun keçirdiyi sorğunun nəticələri təsdiqləyib.

Araşdırmaya əsasən, respondentlərin 15 %-i A.Sırskinin işdən çıxarılmasının əleyhinə çıxış edib. Daha 19 % bu məsələyə laqeyd yanaşdığını bildirib, 11 % isə cavab verməkdə çətinlik çəkib.

Bununla yanaşı, hesabatda vurğulanıb ki, sorğunun aparılması A.Sırskinin mümkün istefası barədə məlumatların yayılmasından əvvəl başa çatıb.

Eyni zamanda, ukraynalıların əksəriyyəti Mixail Fyodorovun müdafiə naziri postundan çıxarılmasının əleyhinə çıxış edir.

Sorğunun nəticələrinə görə, respondentlərin 72 %-i onun istefasını dəstəkləmir, yalnız 5 % işdən çıxarılmasının lehinə çıxış edib. Daha 17 % bu məsələyə biganə olduğunu bildirib, 6 % isə birmənalı cavab verə bilməyib.

Sorğu 20–21 iyul tarixlərində keçirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 21-də A.Sırskini işdən çıxardığını bildirib, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı isə Mixail Drapatı təyin edilib.